Qulu Ağsəsin şeirlər kitabı çap olundu

qulu-agsesin-seirler-kitabi-cap-olundu
Oxunma sayı: 6311

Tanınmış şair Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı işıq üzü görüb. 

“Qafqazinfo” xəbər verir ki,  kitabda müəllifin müxtəlif illərdə yazdığı poetik nümunələr toplanıb.

...“Yaxşı pəhrizi var iztirabların, nə özüm kökəldim, nə kitablarım...” – deyən Qulu Ağsəs yaradıcılığı müasir mədəniyyətimizdə orijinal fikir və yazı üslubu ilə fərqlənir. 

Tanınmış şairin “Görsən üşüyürsən...” kitabında müəllifin müxtəlif illərdə, rəngarəng (və fərqli) mövzularda qələmə aldığı şeirlər toplanıb. 

Qulu Ağsəs şeirlərinin mərkəzində İnsan durur. Oxucular kitabda şairin “insan-təbiət”, “insan-insan”, insan-Tanrı”, “insan-sevgi”, “insan-həyat”, insan-torpaq” münasibətlərinə özünəməxsus fəlsəfi baxışları ilə baş-başa qalacaq, işğala, müharibələrə, haqsızlığa və ədalətsizliyə qarşı üsyankar poetik düşüncələri ilə tanış olacaqlar.

Kitabın naşiri Tural Axundov, redaktoru Günay Səma Şirvan, nəşrə məsul isə Süleyman Muradlıdır.