“Qurban Qurbanov hörmətə layiq məşqçidir” - Eddi Hau

qurban-qurbanov-hormete-layiq-mesqcidir
Oxunma sayı: 686

“Qurban Qurbanov uzun müddət bu komandanın baş məşqçisidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Nyukasl”ın baş məşqçisi Eddi Hau Bakıda UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək matçdan öncə baş tutan mətbuat konfransı zamanı deyib.

“O, böyük uğurlar qazanıb, hörmətə layiq məşqçidir. Düşünürəm ki, böyük klubların yarışında qazandığı nəticələr təqdirəlayiqdir”, – deyə o söyləyib.