Qurban Qurbanova bu mükafat veriləcək

Qurban Qurbanova bu mükafat veriləcək
Oxunma sayı: 2791

2022-ci il üçün Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının ədalətli oyun prinsiplərinə sadiq məşqçi mükafatını alacaq şəxs bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.

Onun sözlərinə görə, mükafat “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova veriləcək: “Artıq bunu əminliklə deyə bilərəm. Qurban Qurbanov Marsel “Olimpik”i ilə oyunda möhtəşəm feyr-pley jesti etmişdi”.

Xatırladaq ki, Qurban Qurbanov Avropa Konfrans Liqasının pley-off mərhələsinin Fransanın “Olimpik” (Marsel) komandası ilə Bakıda keçirilmiş cavab görüşündə “Qarabağ”ın futbolçusu İbrahima Vadjinin vurduğu qolu ləğv etdirib. O, qol epizodunda Vadjinin əllə oynadığını əsas gətirib. Qarşılaşma Ağdam təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.