Quterrişlə Lavrov Əfqanıstan və Ukraynanı müzakirə etdi

quterrisle-lavrov-efqanistan-ve-ukraynani-muzakire-etdi
Oxunma sayı: 814

BMT-nin Baş katibi Antoniu Quterriş və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.

Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.

“Baş katib və xarici işlər naziri Rusiya və BMT-nin bir çox məsələlər üzrə əməkdaşlığını müzakirə ediblər. Tərəflər, həmçinin Əfqanıstan, Liviya, Suriya və Ukraynadakı hadisələrin son inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar”, - deyə BMT-nin açıqlamasında qeyd edilib.