Rahil Məmmədov oynadı - Komandası darmadağın oldu

rahil-memmedov-oynadi
Oxunma sayı: 3538

Futbol üzrə Polşa çempionatında 26-cı turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi “LKS Lodz” “Yaqelloniya”nın qonağı olub.

Görüş qonaqların 0:6 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, 29 yaşlı R. Məmmədov 90 dəqiqə meydanda olub.