“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və “Veysəloğlu” Şirkətlər Qrupunun dəstəyi ilə bir qrup şəhid ailələri üçün 8 Mart - Beynəlxalq Qadınlar Günü və müqəddəs Ramazan ayı münasibətilə tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirə Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş 100-dən çox şəhidin ailə üzvləri qatılıb.
Tədbirdə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova və “Veysəloğlu” Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbovun həyat yoldaşı Afət Talıbova çıxış ediblər. Onlar vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizlə qürur duyduqlarını, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğını, eləcə də “Veysəloğlu” Şirkətlər Qrupunun şəhid ailələrinin məşğulluğuna verdiyi davamlı dəstəyin əhəmiyyətini xüsusi olaraq qeyd ediblər.
Tədbirdə həmçinin İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Milli Məclisin deputatları Mehriban Vəliyeva, Nigar Məmmədova və Elnarə Akimova çıxış edərək şəhid analarını və xanımlarını 8 Mart münasibətilə təbrik edib, onların fədakarlığını və möhkəm iradəsini yüksək qiymətləndirərək dərin ehtiramlarını bildiriblər.
Tədbirdə şəhidlərinin ailə üzvləri - analar və xanımlar da çıxış edərək əziz şəhidlərimizin xatirəsinin daim uca tutulmasının önəmini vurğulayıblar.
Tədbir Azərbaycanın Xalq artsiti Nəzakət Teymurova və gənc xanəndə IX “Muğam” televiziya müsabiqəsinin finalçısı Yusif Cəfərbəylinin vətənpərvər ruhlu bədii ifaları ilə davam edib.
Tədbirin sonunda iştirakçılara Veysəloğlu Şirkətlər Qrupu tərəfindən hədiyyələr təqdim olunub.










Son xəbərlər
Son Xəbərlər