Ramazan ayının başlama tarixi bilindi

ramazan-ayinin-baslama-tarixi-bilindi
Oxunma sayı: 18033

2022-ci ildə Ramazan ayının başlama tarixi açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin paylaşdığı 2022-ci il Miladi təqvimində bildirilib.

Vurğulanıb ki, gələn il Ramazan ayı aprel ayının 2-də başlayacaq, mayın 2-3-ü isə bayram qeyd olunacaq. 

Qədr gecələri aprelin 19, 21, 23 və 27-dir.