Ramiz Mehdiyevin adını siyahıdan sildilər - Foto - Yenilənib

ramiz-mehdiyevin-adini-siyahidan-sildiler
Oxunma sayı: 11004

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) eks-prezidenti Ramiz Mehdiyevin adı qurumun saytında sabiq prezidentlər siyahısında yer almayıb.

“Qafqazinfo” xəbər verir ki, qurumun science.gov.az saytında “AMEA haqqında” bölümündə 10 keçmiş prezidentin adı yer alıb, lakin R. Mehdiyevin adı qeyd olunmayıb.

Həmçinin oxuyun: Стали известны некоторые подробности в связи с покончившей с собой Туралой

Xatırladaq ki, R. Mehdiyev 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasına rəhbərlik edib.

Qeyd edək ki, hazırda AMEA-nın prezidenti İsa Həbibbəylidir.

***

Ramiz Mehdiyev məsələ ilə bağlı “Unikal”a açıqlamasında bildirib: “Mənim adımın AMEA-nın sabiq prezidentləri siyahısından çıxarılması düzgün deyil. Hesab edirəm ki, bu, özbaşınalıqdır. Onların bunu etməyə ixtiyarı yoxdur. Bu, qanun pozuntusudur”.

***

Günün növbəti saatlarında isə Ramiz Mehdiyevin adı sözügedən siyahıya əlavə edilib.