Rayona getmək üçün qazılan quyuları əlləri ilə doldurdular - Foto

rayona-getmek-ucun-qazilan-quyulari-elleri-ile-doldurdular
Oxunma sayı: 19895

Xüsusi karantin rejimi ilə əlaqədar rayonlara üz tutmaq istəyən Bakı, Sumqayıt və Abşeron sakinləri növbəti dəfə postlardan yayınmaq məqsədilə torpaq yollardan istifadə edib.

"Qafqazinfo" xəbər verir ki, sürücülərin qeyri-qanuni olaraq rayonlara axınının qarşısını almaq məqsədilə post kənarlarında yerləşən torpaq yollar əvvəlcədən qazılsa da, bu, çarə olmayıb.

Belə ki, bəzi sürücülər texnika vasitəsilə qazılan quyuları əlləri ilə dolduraraq oranı keçməyə nail olub. Lakin növbəti postda həmin sürücülər müəyyən edilərək məsuliyyətə cəlb olunub.