Rayonlara getmə qadağası avqustun sonundan ləğv edilə bilər

rayonlara-getme-qadagasi-avqustun-sonundan-legv-edile-biler
Oxunma sayı: 10304

Bakıdan rayonlara gediş-gəliş bu ay açıla bilər.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. O bildirib ki, avqustun 24-dən rayonlara gediş-gəlişin açılması məsələsi müzakirə olunur:

"Hələlik bu barədə qərar yoxdur. Amma bu qərarların verilməsi üçün qaydalara əməl olunmalı, yoluxma sayı artmamalıdır. Əgər qaydalara əməl olunmaması nəticəsində yoluxma sayı artarsa, bu yumşalmalar təxirə salına bilər".

Murad Əhməd