Rayonlara leysan yağıb...

rayonlara-leysan-yagib
Oxunma sayı: 645

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyunun 12-si  gündüzdən 13-ü səhərədək müşahidə olunmuş faktiki hava ilə bağlı açıqlama yayıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, iyunun 12-si axşamdan 13-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub. Yağan leysan yağış nəticəsində Böyük Qafqazın bəzi çaylarında suyun səviyyəsi artıb. İyunun 12-də axşam saatlarında Kirəndə (Tovuz) dolu düşüb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-3, Böyük Qafqazda 2-16, bəzi yerlərdə 17-50, Qazax-Gəncə zonasında 2-21, Kiçik Qafqazda 4-7, Mərkəzi-Aran rayonlarında 1-8 mm təşkil edib.