“Rayonlarda olanlar şəhərə qayıda bilməzlər”

rayonlarda-olanlar-sehere-qayida-bilmezler
Oxunma sayı: 2854

4 şəhər, 1 rayonda heç bir istiqamətdə hərəkət olmayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Xəzər aktual”da bildirib:

“Bakı şəhərində qeydiyyatda olub rayonda olan şəxslər iki gün ərzində qayıda bilməyəcəklər. Ancaq bu qadağa qüvvəyə minməzdən əvvəl – 5-dən 6-na keçən gecə evinə qayıda bilərdi. Əvvəlki kimi SMS-lə icazə haqqında qaydalar mövcud olmadığına görə, həmin şəxslər artıq qayıda bilməzlər. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda heç bir istiqamətdə hərəkət olmamalıdır”.