“Real” bu türk futbolçunu da transfer edir

real-bu-turk-futbolcunu-da-transfer-edir
Oxunma sayı: 3415

“Real” “Trabzonspor”un gənc futbolçusu Onuralp Çevikkanı heyətinə qatmağı planlaşdırır.

“Qafqazinfo” “Marca”ya istinadən xəbər verir ki, “Trabzonspor” un “Altınordu”dan 700 min avroya transfer etdiyi qapıçının yayda Madrid klubuna keçəcəyi gözlənilir. 

18 yaşlı qolkiper hələ ki, Qaradəniz klubunda debüt etməyib. 

“Kral klubu” gələcəyinə ümid etdiyi Onuralpla uzunmüddətli müqavilə imzalamaq istəyir.