“Real” kuboku darmadağınla qazandı - Video

real-kuboku-darmadaginla-qazandi
Oxunma sayı: 5281

Xəbər verdiyimiz kimi, “Real Madrid” Meksika “Paçuka”sını 3:0 məğlub edərək  Qitələrarası Kubokun sahibi olub.

“Qafqazinfo” xəbər verir ki, madridlilərin heyətində ilk qolu 37-ci dəqiqədə Kilian Mbappe vurub. O, Vinisus Juniorun məhsuldar ötürməsini dəyərləndirib. Bundan sonra Rodriqo 53-cü, Vinisius Junior isə 84-cü dəqiqədə fərqlənib.

Nəticədə “Real” tarixində dördüncü Qitələrarası Kuboka sahib çıxıb.

Vinisusun ötürməsinin görüntüsünü təqdim edirik: