“Real Madrid” Havertsi ala bilmədi

real-madrid-havertsi-ala-bilmedi
Oxunma sayı: 1528

Almaniyanın “Bayer” futbol klubu yarımmüdafiəçisi Kay Havertsi İspaniyanın “Real Madrid”inə satmaqdan imtina edib. “Qafqazinfo” bildirir ki, bu barədə “Bild” xəbər verib.

Mənbənin məlumatına görə, “Kral klubu” 20 yaşlı alman üçün 80 milyon avro təklif edib və oyunçunu daha bir il “Livekuzen”də saxlamağa razı olub, lakin mənfi cavab alıb.  

Bildirilir ki, “Bayer” futbolçu üçün ən azı 100 milyon avro almaq istəyir. Havertslə, həmçinin “Bavariya”, “Çelsi” və “Mançester Yunayted” maraqlanır.  

Qeyd edək ki, 2019/20 mövsümündə Haverts “Bayer”də 38 matç keçirib, onun hesabında 15 qol və 8 nəticəli ötürmə var. “Transfermarkt.com” portalı futbolçunu 81 milyon avro məbləğində dəyərləndirir.