“Rəhbərliyə 10 yox, 24 milyon vermişəm” - Beytulla Hüseynov

rehberliye-10-yox-24-milyon-vermisem
Oxunma sayı: 5255

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən proses başlamadan öncə V.Zeynalovun vəkili Elxan Süleymanov jurnalistlərə hücum edib.

Sabiq aparat rəhbərinin vəkili məhkəmə prosesindən yazan media əhlini “şərəfsiz”, “əxlaqsız” adlandırıb.

E.Süleymanov müdafiə etdiyi şəxs barəsində tərtib olunan ittiham aktına istinadən məlumat yayılmamasını istəyib və jurnalistlərə əl qaldırmağa cəhd edib.

Digər vəkillərin və məhkəmə nəzarətçilərinin müdaxiləsi ilə vəkil E.Süleymanov oradan uzaqlaşdırılıb.

Bundan sonra məhkəmə prosesi başlayıb, dövlət ittihamçısı Fərid Nağıyev sabiq aparat rəhbəri V.Zeynalovun vəkilinin yayılmasını istəmədiyi ittiham aktını elan edib.

***

Prosesdə Cəlil Cəfərov, Qəmbər Bəybalayev və Səhrab Hümbətov özlərini təqsirli bilməyiblər. Beytulla Hüseynov dövlətə vurduğu ziyanın 2,8 milyon manat olduğunu və bunu ödəmək istədiyini deyib:

“Biz rəhbərliklə razılığa gəlmişdik ki, qazancın 80 faizi onlara, qalanı bizə verilsin. Bizə qalan puldan da 6 faiz qovşaqlara, 4 faiz paket verirdik. Avropa Oyunları zamanı “Azəryolservis”in sifarişi ilə gördüyümüz işlərə görə ödəməli olduqları puldan 4,6 milyon manatını hələ də almamışıq. Mən o vaxtı rəhbərliyə 10 yox, 24 milyon manat vermişəm”.

Murad Əhməd