Rəisin qardaşı Xəzərdə faciəvi şəkildə həlak oldu - Meyiti axtarılır

reisin-qardasi-xezerde-facievi-sekilde-helak-oldu
Oxunma sayı: 14036

Xəzər dənizində neftçi itkin düşüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Neftçilərin Hüquqlarının Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bildirib ki, Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasında İlqar Şərifov adlı şəxs balıq tutarkən suya düşərək həlak olub.

Məlumata görə, İ.Şərifov SOCAR-ın Maliyyə və Uçot İdarəsinin rəisi Vüqar Şərifovun qardaşıdır.

SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, İlqar Şərifov onların yox, “Azgerneft” MMC-nin işçidir: “İki gün öncə Abşeron NQÇİ-də itkin düşüb, müvafiq qurumlar tərəfindən onun axtarışları davam etdirilir”.

Murad Əhməd