Roma Papası ilə görüşdü

roma-papasi-ile-gorusdu
Oxunma sayı: 240

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Roma Papası XIV Leo arasında görüş keçirilib. 

“Qafqazinfo” UNİAN-a istinadən xəbər verir ki, görüş pontifikin İtaliyanın Kastel-Qandolfo şəhərində yerləşən iqamətgahında baş tutub və təxminən 30 dəqiqə davam edib.

Tərəflər arasında danışıqlar Rusiya-Ukrayna müharibəsinə və onun başa çatdırılması yollarının axtarışına həsr olunub. 

Roma Papası hərbi əsirlərin azad edilməsi, həmçinin deportasiya edilmiş ukraynalı uşaqların öz ailələrinə qaytarılmasının təmin edilməsi zərurətinə diqqət çəkib.