Roma Papası XIV Leonun xarici səfərləri üçün istifadə olunan “Airbus A320” tipli təyyarədə aşkarlanan texniki problem səbəbindən hava gəmisinə əlavə modifikasiya tələb olunub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nasazlığın aradan qaldırılması üçün lazım olan ehtiyat hissəsi – monitor artıq Romadan gətirilib.
Vatikanın Mətbuat Xidməti bildirib ki, təmir işləri qısa zamanda tamamlanacaq.
Pontifik bu təyyarədən 27 noyabrda Türkiyəyə səfərində istifadə edib. Bundan başqa, o, 30 noyabrda eyni hava gəmisi ilə Livana yollanacaq. Vatikan nümayəndə heyətinin Romaya dönüşü 2 dekabr üçün planlaşdırılıb.
Qeyd edək ki, “Airbus” şirkətinin “A320” seriyasına aid bütün təyyarələrin proqram təminatını təcili yenilədiyi məlum olub. Yeniləməyə günəşdəki partlayışların uçuş təhlükəsizliyi üçün vacib avadanlıqlara mənfi təsir göstərməsi ilə bağlı yaranan risklərin səbəb olduğu bildirilir.
Son xəbərlər
Son Xəbərlər