Ronaldodan ad günü paylaşımı - Fotolar

ronaldodan-ad-gunu-paylasimi
Oxunma sayı: 5317

Xəbər verdiyimiz kimi, ötən gün portuqaliyalı futbolçu Kriştiano Ronaldonun 39 yaşı tamam olub.

“Qafqazinfo” xəbər verir ki, Ronaldo ad günü ilə bağlı bu gün sosial şəbəkə hesablarında paylaşım edib.

Ronaldo ailəsi ilə birgə paylaşdığı fotolara, “39-cu doğum günümü ən yaxşı şəkildə keçirdiyim üçün minnətdaram: ailəmlə və yenidən məşq meydançalarında. Xoş mesajlarınız üçün hamınıza təşəkkür edirik!”, - sözlərini yazıb.