Rövnəq Abdullayevin nazirlik əməliyyatı

rovneq-abdullayevin-nazirlik-emeliyyati-
Oxunma sayı: 651

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev hakimiyyətdəki himayədarlarının dəstəyilə sənaye və energetika naziri Natiq Əliyevi “vurmağa” çalışır. Bu barədə “Azadlıq”a daxil olan məlumatda deyilir ki, Rövnəq Abdullayev indi də Natiq Əliyevin rəhbəri olduğu nazirliyin ləğv edilməsi məsələsini qaldırıb.
O, bu məsələ ilə bağlı himayədarlarından dəstək istəyib. ARDNŞ prezidentinin himayədarları isə, bu sırada xüsusilə prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri general-leytenant Bəylər Əyyubovun adı çəkilir, Ilham Əliyevlə Sənaye və Energetika Nazirliyinin ləğv edilməsi məsələsini müzakirə ediblər. Onlar ölkə başçısını inandırmağa çalışıblar ki, bu nahzirlik lazımsız bir qurumdur. Lakin Natiq Əliyevlə isti münasibətləri olan Ilham Əliyev onların fikirlərilə razılaşmayıb. O, Sənaye və Energetika Nazirliyinin ləğv edilməsinə heç bir əsas olmadığını bildirib. Lakin Rövnəq Abdullayev və himayədarları məqsədlərinə nail olmaq üçün cəhdlərini davam etdirir.
Rövnəq Abdullayevlə ARDNŞ rəhbəri təyin olunandan sonra onun kadrlarını işdən çıxarıb. Bu isə məmurlar arasında ziddiyyətlərin yaranmasına səbəb olub.