Röya səhnəyə “göydən düşdü” - Fotolar

roya-sehneye-goyden-dusdu
Oxunma sayı: 8270

Yanvarın 27-də Xalq artisti Röya Ayxanın Bakı Konqres Mərkəzində “Dəli kimi” adlı solo konserti baş tutub.

“Qafqazinfo” xəbər verir ki, o, konsertdən öncə jurnalistlərin suallarını cavablandırıb. R. Ayxan bu konsertin 3 il ərzində müxtəlif səbəblərdən təxirə salındığını xatırladıb və buna görə külli miqdarda xərcə düşdüyünü, borclarının olduğunu etiraf edib.

O, konserti üçün cəmi bir həftəyə 25 libasın hazırlandığını bildirib. 

Röya səhnəyə hündürlükdən xüsusi kəndir vasitəsilə enib. Konserti “Kesin bilgi” mahnısı ilə açıq elan edən müğənni gecəboyu ən hit və sevilən ifaları ilə tamaşaçılarını sevindirib. Konsertdə yaddaqalan məqamlar arasında “Afaki” mahnısı zamanı səhnəyə avtomobilin çıxarılması olub. 

Qeyd edək ki, solo konsert bu gün və sabah da olacaq.

Fotolar: Müzəffər İsmayılov