Rus sərhədçiləri çıxır, Ermənistan yeni qəbulu elan etdi

rus-serhedcileri-cixir-ermenistan-yeni-qebulu-elan-etdi
Oxunma sayı: 6122

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin Sərhəd qoşunları İrəvanın “Zvarnots” hava limanında hərbi xidmətə qəbul elan edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Bununla yanaşı, ölkənin Gürcüstanla sərhəddə “Baqrataşen” və digər nəzarət-buraxılış məntəqələrində xidmət üçün qəbul elan edilib. 

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl mətbuat konfransında bildirib ki, erməni sərhədçilər avqustun 1-dən etibarən “Zvarnots” hava limanında xidmətə başlayacaqlar. Dünən isə Ermənistan parlamentinin spikeri Alen Simonyan “Zvarnots” aeroportundan rusiyalı sərhədçilərin çıxarılması məsələsinin artıq həll olunduğunu açıqlayıb.