Rusiya 1000, Ukrayna 38 hərbçinin meyitini təhvil verdi

rusiya-1000-ukrayna-38-herbcinin-meyitini-tehvil-verdi
Oxunma sayı: 399

Rusiya və Ukrayna həlak olmuş hərbçilərin meyitlərinin mübadiləsini həyata keçirib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski öz teleqram kanalında açıqlayıb.

Ölmüş hərbçilərin növbəti mübadiləsinin İstanbul razılaşmaları çərçivəsində baş tutduğu bildirilir.

Medinskinin sözlərinə görə, mübadilə çərçivəsində Ukrayna tərəfinə 1000, Rusiya tərəfinə isə 38 ölmüş hərbçinin meyiti verilib.

Xatırladaq ki, bundan əvvəl sonuncu mübadilə ötən il noyabrın 20-si baş tutub. Həmin vaxt Rusiya Ukraynaya 1000 hərbçinin meyitini təhvil verib, əvəzində 30 hərbçinin meyitini almışdı.