Rusiya ABŞ-a yardım göndərdi

Rusiya ABŞ-a yardım göndərdi
Oxunma sayı: 2242

Rusiya koronavirusun (COVID-19) yayılmasına qarşı mübarizə aparmaq məqsədilə ABŞ-a tibbi avadanlıq göndərib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın Müdafiyə Nazirliyi açıqlama yayıb.

Tibbi avadanlıq və maska ​​daşıyan təyyarənin Moskva bölgəsindəki Çkalovsk Hərbi Hava limanından ABŞ-a yola düşdüyü bildirilib.

Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov da ABŞ-a göndəriləcək yardım barədə açıqlama vermişdi: “ABŞ-dakı ciddi epidemioloji vəziyyətə görə tibbi və qoruyucu vasitələr göndərməklə yardım təklif etdik. Tramp minnətdarlıqla təklifimizi qəbul etdi”.

Xatırladaq ki, 30 martda Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında  telefon danışığı baş tutmuşdu.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi