Rusiya Baş Qərargahının eks-rəisi koronavirusdan öldü

rusiya-bas-qerargahinin-eks-reisi-koronavirusdan-oldu
Oxunma sayı: 1666

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi general Anatoli Kvaşnin 75 yaşında COVID-19-dan vəfat edib. 

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, o, yanvarın 7-si gecə saatlarında müalicə aldığı N.N. Burdenko adına Mərkəzi Hərbi Klinik Hospitalda ölüb.

Bildirilir ki, Kvaşnin son bir ay ərzində koronavirusla mübarizə aparırdı, lakin onun vəziyyəti sürətlə pisləşib.

Qeyd edək ki, A. Kvaşnin 1995-ci ilin fevralında Şimali Qafqaz Hərbi Dairəsinin komandanı təyin edilib. O, 1997-2004-cü illərdə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahına rəhbərlik edib. 2004-cü ilin sentyabrından Rusiya Prezidentinin Sibir Federal Dairəsində səlahiyyətli nümayəndəsi vəzifəsini tutub.