Rusiya “Eurovision” mahnısını və klipini təqdim etdi - Video

rusiya-eurovision-mahnisini-ve-klipini-teqdim-etdi
Oxunma sayı: 1295

Rusiyanı “Eurovision-2020”də təmsil edəcək “Little Big” qrupu müsabiqədə ifa edəcəyi mahnını və ona çəkilən klipi təqdim edib. “Qafqazinfo”nun məlumatına görə, mahnı “Uno” adlanır.

İngilis dilində ifa olunan mahnının nəqarəti ispan dilindədir. Rəsmi ekran işində yeddi nəfər yer alıb, onlardan dördü qrupun daimi üzvləridir. Onlar 1970-ci illərin tərzində geyiniblər.

2013-cü ildə Sankt-Peterburqda əsası qoyulan “Little Big” qrupu pank, pop və reyv üslubunda fəaliyyət göstərir. Kollektivin iştirakçıları: vokalçılar İlya Prusikin, Sofya Tayurskaya və Anton Lissov, eləcə də dicey Sergey Makarovdur. “Little Big” Yutubda bir həftəyə 23 milyon izlənmə sayı toplayan “Skibidi” hitindən sonra daha çox tanınmağa başayıb. İndiyədək mahnı 350 milyondan çox izlənilib. Qrup tez-tez Avropa ölkələrinə qastrol səfərləri edir.

Qeyd edək ki, sayca 65-ci “Eurovision” müsabiqəsi 12, 14 və 16 may tarixlərində Niderlandda keçiriləcək. Azərbaycanı yarışmada “Cleopatra” mahnısı ilə Samirə Əfəndi təmsil edəcək.