“Rusiya mənimlə dialoqlara məhkumdur”

rusiya-menimle-dialoqlara-mehkumdur
Oxunma sayı: 652

Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Saakaşvili AŞPA sədri Jan-Klod Minyonla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib. “Bizim partiyamız heç bir yerə getmir. Biz Gürcüstanda hələ uzun müddət olacağıq”, - deyə o vurğulayıb.

Saakaşvili həmçinin Rusiya ilə bağlı məsələyə toxunub. O, Rusiya rəhbərliyi ilə istənilən dialoqa hazır olduğunu bildirib. “Rusiya bizim partiyamızla, həttə bəlkə mənimlə də dialoqlara məhkumdur” deyən prezident bununla yanaşı Gürcüstanın Qərbə doğru siyasi xəttini dəyişməcəyini qeyd edib.