“Rusiya Ukrayna ilə sərhəddə qoşunlarını gücləndirməkdən imtina etməlidir”

rusiya-ukrayna-ile-serhedde-qosunlarini-guclendirmekden-imtina-etmelidir
Oxunma sayı: 1510

Almaniya Kansleri Angela Merkellə ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə AFR Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib.

“Kansler və Prezident Əfqanıstandakı vəziyyəti və NATO qoşunlarının iştirakına dair gələcək addımları müzakirə etdilər. Onlar sıx əlaqələndirmənin və əməkdaşlığın, eləcə də ölkənin rifahı naminə siyasi səylərin davam etdirilməsinin vacibliyini vurğuladılar”, - Zaybert qeyd edib.

“Söhbətin digər mövzusu Şərqi Ukrayna ətrafında vəziyyət oldu. Kansler və Prezident eyni fikirdə idilər - vəziyyətdən çıxmaq üçün Rusiyadan qoşunlarının bu yaxınlardakı gücləndirilməsindən imtina etməyi tələb etmək lazımdır”, - o bildirib.

Bundan başqa, Zaybertin sözlərinə görə, Merkel və Bayden koronavirus pandemiyasına qarşı mübarizə məsələlərini müzakirə ediblər. “Onlar vaksinlərə qlobal və ədalətli çıxış imkanlarının təmin edilməsinin vacibliyini vurğuladılar”, - AFR Nazirlər Kabinetinin rəsmi nümayəndəsi qeyd edib. Zaybert bildirib ki, Kansler və Prezident hər iki ölkənin buna can atdığını vurğulayıblar.