Rusiya Ukraynanın daha iki təyyarəsini vurdu

rusiya-ukraynanin-daha-iki-teyyaresini-vurdu
Oxunma sayı: 1267

Rusiyanın hava hücumundan müdafiə vasitələri ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus “Su-25” və “MiQ-29” təyyarələrini vurub.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov açıqlayıb.

Onun sözlərinə görə, “Su-25” təyyarəsi Xarkov vilayətində, “MiQ-29” isə Dnepropetrovsk vilayətində vurulub.