“Rusiya üzr istəsin” - WADA-nın vitse-prezidenti

rusiya-uzr-istesin
Oxunma sayı: 1791

Dünya Antidopinq Agentliyinin (WADA) vitse-prezidenti Linda Helleland  Rusiyanı Moskva Antidopinq Laboratoriyasında aparılan dopinq manipulyasiyalarına görə üzr istəməyə çağırıb. 

 “Qafqazinfo” xəbər verir ki, o, bu hadisənin dünya idman tarixinin ən böyük qalmaqalı adlandırıb: 

“Düşünürəm ki, bu dünya idmanında yaşanan ən böyük qalmaqaldır. Mən təklif edərdim ki, Rusiya idmançılara və azarkeşlərə yaratdığı problem üçün üzr istəsin. Əslində, bu mənə çox pis təsir etdi”.