Rusiya vaksinlə bağlı Yaponiyadan cavab gözləyir

rusiya-vaksinle-bagli-yaponiyadan-cavab-gozleyir
Oxunma sayı: 1548

Rusiya “Sputnik V” peyvəndinin ixracı və yerli istehsalı üçün Yaponiyanın cavabını gözləyir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Tokiodakı səfiri Mixail Qaluzin məlumat verib. O, Rusiyanın koronavirusa qarşı hazırladığı vaksinin ixracı və istehsalına hazır olduğunu söyləyib.

Rus səfir ölkəsinin peyvənd tədarükü üçün Yaponiyaya əvvəlki təklifini xatırladaraq “Yaponiya ilə “Sputnik V” peyvəndi mövzusunda əməkdaşlıq etməyə hazırıq”, - deyə vurğulayıb.

Qaluzin “Sputnik V” peyvəndinin 65 ölkədə istifadə üçün təsdiqləndiyini və Hindistan da daxil olmaqla bəzi ölkələrdə istehsal olunduğunu bildirib.

Diplomat vaksinin Yaponiyada istehsalı üçün hökumətdən cavab gözlədiklərini sözlərinə əlavə edib.