“Rusiya və Türkiyə arasında fikir ayrılıqları var” - Peskov

rusiya-ve-turkiye-arasinda-fikir-ayriliqlari-var
Oxunma sayı: 6358

"Rusiya və Türkiyə hakimiyyətləri arasında Suriya məsələsi ilə bağlı fikir ayrılıqları mövcuddur".

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlaması zamanı bildirib.

O, qeyd edib ki, iki ölkə arasında münasibətləri danışıqlar yolu ilə həll etməyə imkan var:

“Bu cür fikir ayrılıqlarını qarşıdurma yolu ilə deyil, danışıqlar yolu ilə həll etmək lazımdır. Bu qarşılıqlı anlaşma və hörmət həqiqətən belə çətin vəziyyətlərin müzakirəsi üçün yaxşı əsasdır”.