Rusiyada 120 milyonluq restoran açdı - Fotolar

rusiyada-120-milyonluq-restoran-acdi
Oxunma sayı: 18059

Tanınmış fransız aktyor Jerar Depardye Rusiyanın Novosibirsk vilayətində restoran açıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Arqumentı i faktı” nəşri məlumat yayıb.

Tarixi malikanədə açılan restorana “Jerarnya” adı verilib. Otaqlardan birinin interyeri Depardyenin sahib olduğu Paris restoranını xatırladır.

Mənbənin məlumatına görə, restorana 120 milyon rubla (2 200 000 AZN) yaxın investisiya qoyulub. Layihənin fərqləndirici xüsusiyyətlərindən biri yeməklərin bişirilməsində kömür sobadan istifadə olunmasıdır.

Qeyd edək ki, J. Depardye Rusiya vətəndaşlığı alıb.