Rusiyada azərbaycanlı tələbəni qətlə yetirən şəxs saxlanıldı

rusiyada-azerbaycanli-telebeni-qetle-yetiren-sexs-saxlanildi
Oxunma sayı: 7222

Bir neçə gün əvvəl Rusiyanın Volqoqrad  vilayətinin Voroşilovsk rayonunda qətlə yetirilən azərbaycanlı tələbə Timur Qavrilovun qatili tapılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə Təhqiqat İdarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, 17 yaşlı Timuru öldürən Vitali Vasilyev Smolenskdə saxlanılıb. Barəsində federal axtarış verilən 22 yaşlı cinayətkarın Smolenskdən Volqoqrada gətirilməsi üçün tədbirlər görülür.

Xatırladaq ki, T.Qavrilov Volqoqrad Tibb Universitetinin birinci kurs tələbəsi olub. Gəncə şəhərindən olan 17 yaşlı azərbaycanlı iyunun 12-də axşam saatlarında yataqxanaya qayıdarkən qətlə yetirilib. Vilayətin qubernatoru Andrey Boçarov qatil haqqında məlumat verən şəxsə 1 milyon rubl məbləğində mükafat vəd etmişdi.

Fotoda Vitali Vasilyev