Rusiyada dayanacaqdakı insanlara atəş açan gənc ölü tapıldı

rusiyada-dayanacaqdaki-insanlara-ates-acan-genc-olu-tapildi
Oxunma sayı: 5680

Rusiyanın Nijni Novqorod şəhərində 3 nəfəri öldürüb, daha 3 nəfəri yaralayan Danil Monaxov ölü tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İnterfaks” İstintaq Komitəsinin regional şöbəsinə istinadən məlumat yayıb.

İlkin məlumata görə, 18 yaşlı gənc intihar edib.

Qeyd edək ki, oktyabrın 12-si axşam saatlarında nənəsi ilə mübahisə edən gənc əvvəlcə ona, daha sonra isə qonşusuna atəş açaraq onları öldürmüşdü. Danil daha sonra dayanacaqdakı sərnişin avtobusuna atəş açmış, nəticədə 1 nəfər ölmüş, 3 nəfər xəsarət almışdı. O, hadisəni törədəndən sonra gizlənmişdi.

Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, gənc ünsiyyətcil biri olmayıb, kompyuter oyunları və silahlara maraq göstərirmiş.