Rusiyada həbsxanada qaldırılan qiyam yatırıldı - Yenilənib

rusiyada-hebsxanada-qaldirilan-qiyam-yatirildi
Oxunma sayı: 2666

Rusiyada – Şimali Osetiyanın paytaxtı Vladiqafqazda cəzaçəkmə müəssisəsində qiyam qalxıb.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, təxminən 200 məhkum qiyama qalxıb.

Səhiyyə Nazirliyindən qeyd olunub ki, hadisə yerinə təcili yardım çağırılıb, ancaq indiyədək zərərçəkənlər barədə məlumat daxil olmayıb.

***

"RİA Novosti"nin məlumatına görə, qiyam yatırılıb. Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.