Rusiyada hərbi hissədə yanğın olub

rusiyada-herbi-hissede-yangin-olub
Oxunma sayı: 673

Moskva yaxınlığındakı hərbi hissədə 1200 kvadratmetr sahədə yanğın baş verib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 40 nəfər xilasedicilərin köməyi ilə binadan təxliyə edilib. Hadisə zamanı ölən və yaralananlar barədə məlumat yoxdur.

Hazırda yanğın söndürülüb.