Rusiyada koronavirusa yoluxanların sayı 400 mini ötdü

rusiyada-koronavirusa-yoluxanlarin-sayi-400-mini-otdu
Oxunma sayı: 770

Rusiyada son sutka ərzində daha 9268 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 405 843-ə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı 229 267 nəfər təşkil edir.

Ötən gün ərzində xəstəlik səbəbindən daha 138 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 4 693-ə çatıb. Ümumilikdə 171 883 pasiyent isə sağalaraq evinə buraxılıb.