Rusiyada narkoloji klinikada yanğın - 4 ölü + Video + Yenilənib

rusiyada-narkoloji-klinikada-yangin
Oxunma sayı: 1203

Rusiyanın Krasnoyarsk diyarının Krasnoyarsk şəhərində özəl narkoloji klinikada baş vermiş yanğın nəticəsində iki nəfər dünyasını dəyişib, iki nəfər xəsarət alıb. “Qafqazinfo” bildirir ki, bu barədə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyi məlumat yayıb.

Klinikadan 16 nəfər evakuasiya edilib. Xəsarət alan 2 nəfər Yanıq Mərkəzinə yerləşdirilib.

İlkin versiyaya görə, hadisə yanğına qarşı ehtiyatsız davranma və ya elektrik avadanlığının nasazlığı səbəbindən baş verib. Hadisə faktı üzrə “Təhlükəsizlik tələblərinə cavab verməyən, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan xidmətlərin göstərilməsi” maddəsi ilə cinayət işi başlanılıb.

***

Cinayət işi çərçivəsində özəl narkoloji klinikanın direktoru saxlanılıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya Respublikası üzrə İstintaq İdarəsi məlumat yayıb.

Ekspertiza təyin edilib, klinikanın rəhbərliyi və əməkdaşları, şahidlər dindirilirlər. Bundan başqa, cinayət işinin araşdırılması üçün maraq doğuran sənədlər də götürülüb.