Rusiyada nazir iş otağında intihar etdi

rusiyada-nazir-is-otaginda-intihar-etdi
Oxunma sayı: 5751


Rusiyanın Mariy El Respublikasının daxili işlər naziri Vyaçeslav Buçnev öz iş otağında intihar edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə itar-tass-a Rusiya DİN-dən məlumat daxil olub. 

“Mariy Elin DİN rəhbəri dekabrın 26-dan yanvarın 8-ə qədər məzuniyyətdə olmalı idi, amma mütamadi olaraq onu iş yerində görmək olurdu. Bu gün də Buçnev işə gəlib, onun katibəsi bir neçə dəqiqədən sonra atəş səsi eşidib”-deyə açıqlamada bildirilir. Hazırda intihar baş verən otaqda araşdırma aparılır. 

Qeyd edək ki, Dövlət Dumasının Təhlükəsizlik və Anti-Korrupsiya Komitəsinin sədr müavini Aleksandr Xinşteyn ötən ilin dekabrında Mariy El DİN-ində yoxlama aparıldığını bildirib. Nazirin korrupsiyada ittihama görə bu işə əl atması da istisna edilmir. 

Vyaçeslav Buçnev hüquq-mühafizə orqanlarında 1983-cü ilədn bəri işləyib. Mariy Elin DİN rəhbəri vəzifəsinə isə mərhum nazir 2011-ci ilin 31 may tarixində təyin edilmişdi.