Rusiyada yaşayış binasındakı partlayışda ölənlərin sayı artdı - Yenilənib

rusiyada-yasayis-binasindaki-partlayisda-olenlerin-sayi-artdi
Oxunma sayı: 5837

Rusiyanın Moskva vilayətində evdə partlayış olub.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər yaralanıb.

Partlayış Noqinsk şəhərində 9 mərtəbəli binada yerləşən mənzildə baş verib.

Bununla yanaşı, partlayışa məhz qazın səbəb olduğu bildirilir.

***

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin regional şöbəsinin verdiyi məlumata görə, partlayış nəticəsində 8 mənzil tamamilə dağılıb.

***

Partlayış nəticəsində 2 nəfər həlak olub. Bu barədə məlumatı Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə idarənin rəisinin köməkçisi Anna Tertiçnaya açıqlayıb. Onun sözlərinə görə, həlak olanlardan biri qadın, digəri isə kişidir.

***

Partlayış nəticəsində 24 mənzilə zərər dəyib. Ümumilikdə isə binadan 170-dən çox sakin təxliyyə olunub.

Hazırda dağıntılar altında qalanların olub-olmaması barədə dəqiq məlumat yoxdur.

***

Partlayış nəticəsində yaralananların sayı 8-ə yüksəlib.

***

“İnterfaks”ın məlumatına görə, partlayış nəticəsində yaralananların sayı 13-ə çatıb. Xəsarət alanların 7-si xəstəxanaya yerləşdirilib.

***

Dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb. Bununla da partlayışda ölənlərin sayı 3-ə çatıb.