Rusiyanın İvanovo vilayətində “An-22” təyyarəsi qəzaya uğrayıb.
“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, Müdafiə Nazirliyinə məxsus təyyarədə yeddi ekipaj üzvü olub.
Hadisə yerinə təcili yardım xidmətləri və xilasedicilər cəlb edilib.
Ölən və yaralananlar barədə məlumat verilmir.
***
Rusiya İstintaq Komitəsinin məlumatına görə, qəzaya uğrayan An-22 hərbi-nəqliyyat təyyarəsinin bütün ekipaj üzvləri həlak olub.
Bildirilib ki, Komitədə uçuşa hazırlıq qaydalarının pozulması ilə bağlı cinayət işi açılıb.
Son xəbərlər
Son Xəbərlər