“Rusiya və İran Azərbaycandan keçəcək olan qaz kəməri marşrutu ilə bağlı razılıq əldə edib”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın energetika naziri Sergey Tsivilyev bildirib.
“İndi danışıqların yekun mərhələsindəyik. Əsas müzakirə mövzusu qiymətin təsdiqidir. Həcmlər artıq müəyyən edilib. Qiymət həmişə kommersiya məsələsidir, kompromis axtarışıdır, ona görə də hər iki tərəfdən işçi qrupları yaradılıb və mütəxəssislər qiymət müəyyənləşdirilməsinə yanaşma hazırlayır”, - nazir əlavə edib.