Rusiyanın Gümrüdəki baş konsulu vəfat etdi

rusiyanin-gumrudeki-bas-konsulu-vefat-etdi
Oxunma sayı: 2073

Rusiyanın Gümrüdəki baş konsulu Ruslan Kandaurov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiyanın Ermənistandakı səfirliyi məlumat yayıb.

“Təəssüflə bildiririk ki, noyabrın 8-də Rusiyanın Gümrüdəki baş konsulu Ruslan Kandaurov vəfat edib”, - məlumatda deyilir.

Qeyd edək ki, Kandaurov 2020-ci ilin dekabrında Gümrüdə baş konsul vəzifəsinə təyin edilib. O, 1996-cı ildən diplomatik xidmətdə olub, Rusiya Xarici İşlər Nazirliyinin mərkəzi aparatında və xaricdə müxtəlif vəzifələrdə çalışıb.