Ukrayna Rusiyanın Kiyevə raket zərbəsinin bərpası ehtimalı ilə bağlı təhdidlərinə cavab verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib ki, Ukrayna istənilən ssenariyə hazırdır.
“Rusiya ancaq mülki şəxslərlə döyüşməyi bacarıb. Rusiya bütün cinayətlərinə görə gələcəkdə beynəlxalq məhkəmədə cavab verəcək”.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin Kiyevə raket hücumlarının mümkün bərpası ilə bağlı açıqlamalarına Yermak belə cavab verib:
"Rusiya öz təxribatları ilə növbəti təhdidlər üçün səbəb hazırlayır. Artıq mümkün olanlar barədə danışmağa başlayıblar".
Son xəbərlər
Son Xəbərlər