Türkiyədə Rusiyaya məxsus Su-24 hərbi təyyarəsini vuran iki pilot həbs edilib.
“Qafqazinfo” xəbər verir ki, RİA Novosti bu barədə Türkiyədəki yüksək rütbəli məmurlara istinadən məlumat yayıb.
Xatırladaq ki, ötən ilin noyabrında Türkiyə Hərbi Hava Qüvvələrinin Rusiyaya məxsus “Su-24” qırıcı təyyarəsini vurması nəticəsində pilot ölmüşdü. Məsələ uzun müddət iki ölkə arasında gərginlik yaratsa da, bu ay ölkələr arasındakı “buzlar” əriyib.
Son xəbərlər
Son Xəbərlər