Rusiyaya göndərilən partlayıcı qurğular Gürcüstanda aşkar edilib

rusiyaya-gonderilen-partlayici-qurgular-gurcustanda-askar-edilib
Oxunma sayı: 2310

Gürcüstanda 14 kiloqram partlayıcı qurğunun Rusiyaya aparılmasının qarşısı alınıb.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti yayıb. 

Məlumata görə, partlayıcı qurğuları daşıyan minik avtomobili Gürcüstana Rumıniya, Bolqarıstan və Türkiyə əraizisindən keçməklə Ukraynadan hərəkət edib. Gürcüstan ərazisi vasitəsilə Rusiyaya partlayıcı qurğuların daşınmasında Gürcüstan, Ukrayna və Ermənistan vətəndaşları iştirak edib. Ümumilikdə isə prosesin Ukrayna tərəfindən təşkil edildiyi bildirilir. Odessadan yola çıxan yükün təyinat nöqtəsinin Rusiyanın Voronej şəhərinin olduğu qeyd edilib.

Gürcüstanın xüsusi xidmət orqanları həmin partlayıcı qurğularla nəinki Rusiyada, Gürcüstanın bölgələrində də terror aktlarının törədilə biləcəyini istisna etməyib.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.