“Rusiyaya görə sammitdə iştirak etmək istəmirlər”

rusiyaya-gore-sammitde-istirak-etmek-istemirler
Oxunma sayı: 2997

İsveçrədə Ukrayna ilə bağlı keçiriləcək sammitdə bəzi ölkələr iştirak etməyə bilər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski danışıb.

“Biz tərəfdaşların razılaşacağını gözləyirik, lakin bu, çox çətindir, çünki bütün tərəfdaşlar razılaşacaqlarını təsdiq etməlidirlər. Əksəriyyət bizim tərəfimizdədir, lakin bəziləri hələ də özləri ilə Rusiya Federasiyası arasında münasibətlərdə tarazlıq saxlayırlar, çünki pul qazanırlar, müqavilələri var”, - deyə Zelenski bildirib.