Rüstəm İbrahimbəyovun torpaqlarından danışdı

rustem-ibrahimbeyovun-torpaqlarindan-danisdi
Oxunma sayı: 653

«APA-Economics»in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, sözügedən problemlə bağlı ARDNŞ-in minlərlə məhkəmə çəkişməsi var: «O torpaqları bələdiyyələr qanunsuz verib. Yalnız torpaqların şəkli çəkilib, koordinatları isə çəkilməyib. Qarışıq sənədlər təqdim olunub».

R.Abdullayev qeyd edib ki, qanunsuz torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı yaradılan komissiya araşdırmalar aparır: «Təkcə Bakının Binəqədi rayonunda 15 min problemli məhkəmə çəkişməmiz var. Hesab edirəm ki, tezliklə bu problemlər öz həllini tapacaq»./APA/